BAĞDADİ ƏBDÜLQAHİR

(1037-ci ildə vəfat etmişdir) – görkəmli şafii fəqihi və əşəri kəlamçısı olmuşdur. Həyatının böyük bir hissəsini İranda Nişapur şəhərində keçirmişdir. Bağdadi hüquq, kəlam (I) və riyaziyyatın ən kamil bilicilərindən biri olmuş, müxtəlif elmləri öyrənmiş və tədris etmişdir. Şiə, xarici, mütəzili və digər müsəlman dini cərəyanların ardıcılları ilə polemikalar aparmış, bir neçə tanınmış kitabların müəllifi olmuşdur. “Dinin üsulu” kitabında o, kəlam və fiqh problemlərini tədqiq etmişdir. “Təriqətlər arasındakı fərqlər” adlı kitabında isə müxtəlif İslam təriqətlərinin təlimlərini izah edərək, onları sünni İslamı baxımından tənqid etmişdir. Onun üçüncü tanınmış kitabı isə “Dinlər və təriqətlər haqqında kitab” adlanır.
BABİLƏR
BAKİLLANİ MƏHƏMMƏD
OBASTAN VİKİ
Bağdadi
Bağdadi — təxəllüs.
Cüneyd Bağdadi
Əbülqasim əl-Cüneyd ibn Məhəmməd əl-Xəzzaz əl-Kəvariri əl-Bağdadi (ərəb. ابو القاسم الجنيد ابن محمد الخزاز القواريري البغدادي ‎), (fars. جنید بغدادی‎) ( 816-826 (və yaxud 201-210 Hicri tarixi), Bağdad — 909, Bağdad) — fars mənşəli İslam alimi,,. == Fəlsəfəsi == İcmaçı yönümlü sufizmin ən parlaq ifadəçisi Cüneyd Bağdadi idi. Heç də təsadüfi deyildi ki, Cüneyd Bağdadi sufilərin həm də ən nüfuzlularından idi, seyyid ət-taifə (sufi tayfasının ağası) adlandırılmışdı. İcmaçı yönümlü sufizm Allahı dərk edərək həqiqətə çatan insanların birliyinə can atırdı və bununla da, müxtəlif sufi ordenlərini, müxtəlif icmaları yaradırdı. Sonradan sufizmin başqa yönümü – zadəgan yönümü formalaşdı. Əgər sufizmin icmaçı yönümü Allahın anlaşılmasında teizm mövqeyində, transsendental mövqedə dururdusa, sufizmin zadəgan yönümü Allahın mövcudluğunu panteist mövqedən mənalandırırdı. Panteist mövqedən çıxış edən sufilər sufizmdə və ümumiyyətlə, teizm tərəfdarlarının antropomorfizminə qarşı çıxaraq Allahı təbiətin fövqündə duran bir varlıq kimi deyil, bir Dünya Ruhu olaraq qəbul edir və əslində, bununla da, zadəgan dünya anlamını bərpa etmiş olurdular. Sufizmin zadəgan yönümü həqiqətə qovuşan insanı ən kamil varlıq hesab edir və kamil insanın simasında da Allahın özünün təcəssümünü tapır.
Ruhi Bağdadi
Ruhi Bağdadi — şair. XVI əsr şairlərindən biri olan Bağdadlı Ruhinin əsl adı Osmandır. Onun Sultan Qanuninin ordusunda Bağdada gedən anadolulu bir əsgərin oğlu olduğu məlumdur. Divanındakı şeirlərindən də özünün bir sipahi olduğu aydınlaşır. Ruhi Bağdadi təzkirəçi Əhdi, Füzulinin oğlu Fəzli, eləcə də başda Bağdad şairləri olmaqla övrünün bir çox dövlət xadimi, alim və şairi ilə dostluq və yoldaşlıq etmişdir. Onun yaradıcılığına Füzulinin böyük təsiri olmuşdur. Sosyal, Orhan, Eski Türk Edebiyatı Metinleri, Millî Eğitim Basımevi, İstanbul 2002.
Əbdüllətif Bağdadi
Əbdüllətif Bağdadi — (1162–1231) — Görkəmli ərəb filosofu
Əhdi Bağdadi
Əhdi Bağdadi — XVI əsrdə yaşamış Azərbaycan filoloqu və şairi. Əhdi Bağdadi lirik şeirlər müəllifi kimi tanınmışdır. Füzulinin müasiri olmuş, onun oğlu Fəzli ilə dostluq etmişdir. Əhdinin Azərbaycan dilində "Gülşəni-şüəra" ("Şairlər gülşəni") təzkirəsində XVI əsrdə yaşayıb-yaradan bir çox Azərbaycan şairlərinin həyatı və əsərləri haqqında məlumatlar verilmişdir. Əsərin əlyazması Sankt-Peterburq Dövlət Universitetinin kitabxanasında saxlanılır.
Şeyx Cüneyd Bağdadi
Əbülqasim əl-Cüneyd ibn Məhəmməd əl-Xəzzaz əl-Kəvariri əl-Bağdadi (ərəb. ابو القاسم الجنيد ابن محمد الخزاز القواريري البغدادي ‎), (fars. جنید بغدادی‎) ( 816-826 (və yaxud 201-210 Hicri tarixi), Bağdad — 909, Bağdad) — fars mənşəli İslam alimi,,. İcmaçı yönümlü sufizmin ən parlaq ifadəçisi Cüneyd Bağdadi idi. Heç də təsadüfi deyildi ki, Cüneyd Bağdadi sufilərin həm də ən nüfuzlularından idi, seyyid ət-taifə (sufi tayfasının ağası) adlandırılmışdı. İcmaçı yönümlü sufizm Allahı dərk edərək həqiqətə çatan insanların birliyinə can atırdı və bununla da, müxtəlif sufi ordenlərini, müxtəlif icmaları yaradırdı. Sonradan sufizmin başqa yönümü – zadəgan yönümü formalaşdı. Əgər sufizmin icmaçı yönümü Allahın anlaşılmasında teizm mövqeyində, transsendental mövqedə dururdusa, sufizmin zadəgan yönümü Allahın mövcudluğunu panteist mövqedən mənalandırırdı. Panteist mövqedən çıxış edən sufilər sufizmdə və ümumiyyətlə, teizm tərəfdarlarının antropomorfizminə qarşı çıxaraq Allahı təbiətin fövqündə duran bir varlıq kimi deyil, bir Dünya Ruhu olaraq qəbul edir və əslində, bununla da, zadəgan dünya anlamını bərpa etmiş olurdular. Sufizmin zadəgan yönümü həqiqətə qovuşan insanı ən kamil varlıq hesab edir və kamil insanın simasında da Allahın özünün təcəssümünü tapır.
Məhəmməd əl-Bağdadi
Əbu Bəkr Məhəmməd ibn Əbd əl-Baqi əl-Bağdadi əl-Ənsari əl-Kaabi (ərəb. محمد بن عبد الباقي البغدادي‎), Machometus Bagdedinus və ya Qadi əl-Maristan (1050, Bağdad – 1141) — ərəb hüquqşünas və riyaziyyatçı. Məhəmməd əl-Bağdadi Evklidin "Başlanğıclar" əsərinin onuncu kitabı barədə kommentariyanın müəllifidir. Onun bu əsəri Kremonalı Gerard tərəfindən "Liber judei super decimum Euclidis" adı altında tərcümə edilmişdir. Həmin əsər Avropada məşhur idi və latın dilindəki bir neçə əlyazması bugünədək qalmışdır. Məhəmməd əl-Bağdadinin digər əsərləri isə aşağıdakılardır: "Cadavil əl-Cəyb əl-Məhlul əl-Dəqiqə"; "Risalə fi Təqrib Üsul əl-Hisab fi əl-Cəbr va-l-Müqabələ"; "Kitab əl-Tabaqat fi Şərh əl-Misaha". De superficierum divisionibus liber Machometo Bagdedino ascriptus (latın). Pesaro: Girolamo Concordia. 1570.
Ümeymə əl-Bağdadi
Əbu Bəkr əl-Bağdadi
Əbu Bəkr əl-Bağdadi (ərəb. أبو بكر البغدادي‎; 28 iyul 1971, Səmərra, Səlahəddin mühafəzəsi – 27 oktyabr 2019, Barişa[d], İdlib mühafəzəsi) — İraq və Şam İslam Dövlətinin keçmiş lideri. Digər adları Dr. İbrahim, Əbu Dua və İbrahim Əvvad İbrahim Əli əl-Bədri əl-Səmərrai ilə də tanınıb. Əsl adı İbrahim Əvvad İbrahim Əli əl-Bədri olan Bağdadi 1971-ci ildə İraqın Səmərra şəhərində dünyaya göz açmışdır. Əbu Bəkir əl Bağdadi özünü peyğəmbərin nəslindən hesab etsədə, bu haqda təsdiq edilmiş sənəd və faktlar mövcud deyil. Hədisə görə, axirəzzamanda bir nəfər özünü İslam Peyğəmbərinə nisbət edərək qətl və fətinəlrə törədəcək. Hədisdə deyilir: "Abdullah İbi Ömər dedi ki, Rəsuli Əkrəmin hüzurunda oturmuşduq. Bizə axirəzzamandakı fitnələrdən bəhs etdi və bu məsələ üzərində durdu. Sonra dedi: "Fitnə dumanı özünü bizə nisbət verən şəxsin iki ayağı altından çıxar.